EN

Bakı Xoreoqrafiya Akademiyasında 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tam orta təhsil və orta ixtisas təhsili pillələrinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, eləcə də müəllim-tələbə və şagird kollektivi iştirak edib. 

Anım tədbirində Azərbaycan Dövlət himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsinin başladığı  və bitdiyi  tarixlərdə xalqa etdiyi müraciətinin video görüntüləri təqdim olunub. 

Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etməsi barədə ətraflı məlumat verilib. 

Daha sonra Azərbaycan şəhidlərinə həsr olunmuş videoçarx nümayiş edilib. 

Ədəbi və bədii hissədən təşkil olunmuş tədbirdə Qarabağda döyüşən əsgərlərimizə həsr olunmuş şeir nümunələri səsləndirilib, rəqs kompozisiyaları nümayiş etdirilib. 
Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-informasiya mərkəzi tərəfindən şəhidlərə həsr olunmuş kitab və məqalələrin sərgisi keçirilib.

Chosen
8
1
adalet.az

2Sources