EN

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Xaçmaz rayonunda ictimai dinləmə keçiriləcək

“Məşğulluğa

Bakı, 27 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə Xaçmaz rayonunda ictimai dinləmə təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, onun icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, müraciət və iştirak qaydaları, eləcə də layihə çərçivəsində nəzərdə tutulan əlavə dəstək mexanizmlərinə dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə oktyabrın 1-i saat 12:00-da Xaçmaz KOB evinin inzibati binasında (Xaçmaz şəhəri, Bakı prospekti 45) keçiriləcək.

Chosen
6
azertag.az

1Sources