EN

Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi

Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib.
 
Məlumata görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.
 
Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir.
 
Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub. /Qaynarinfo/
 
Chosen
1
34
moderator.az

10Sources