EN

Bakıda boya sexində baş verən yanğın tam söndürüldü – Yenilənib


Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.


***15:06
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir:
“Əlavə məlumat veriləcək”.


***14:08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
“Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbilə 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***13:56
Bakının Xətai rayonu ərazisində güclü yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, sakinlər hadisə yerindən lentə aldıqları görüntüləri redaksiyamıza təqdim ediblər.
Yanğının Xəzər TV-nin yaxınlığında baş verdiyi bildirilir.
Kadrlarda ətrafı qara tüstünün bürüdüyü müşahidə olunur.
Chosen
7
17
yeniavaz.com

10Sources