EN

Zurabişvili bu qanunu imzaladı: Amma “dolayı rüşvətdir” dedi

Gürcüstan prezidenti Salome Zurabişvili məhbuslara kütləvi amnistiya haqqında parlament tərəfindən qəbul edilmiş qanunu imzalayıb.

Publika.az xəbər verir ki, Zurabişvili eyni zamanda, bunu tənqid edərək, sənədi oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçicilərə verilən “dolayı rüşvət” adlandırıb.

“Prezident məhkumların və onların ailələrinin gözləntilərini nəzərə alıb, qanunu imzalayıb. Amma məntiqlə amnistiya ya seçkilərdən sonra, ya da ondan xeyli əvvəl imzalanır”, - prezident administrasiyasının bəyanatında deyilir.

Sentyabrın 17-də Gürcüstan parlamenti 6 minə yaxın məhbusu əhatə edəcək amnistiya qanununu təsdiqləyib. Onlardan 1 mindən çoxu qanun qüvvəyə mindikdən dərhal sonra azadlığa buraxılacaq. Bunun üçün prezidentin imzası lazım idi.

Chosen
6
publika.az

1Sources