EN

Xətai rayonunda obyektdə baş vermiş yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Chosen
2
13
yeniazerbaycan.com

10Sources