EN

27 sentyabr Azərbaycan torpaqlarının geri qaytarılması prosesində dönüş nöqtəsi oldu – Elşad Paşasoy

Bakı, TurkicWorld /Naile Babazade

27 sentyabr iki əsrdən artıq müddətdə davam edən ərazi itkilərinə nəhayət, son verilməsi, tarixi torpaqlarımızın geri qaytarılması ilə əlaqədar Azərbaycan xalqının taleyində çox önəmli, şərəfli bir dönüş nöqtəsi oldu.

Bu sözləri TurkicWorld-ə açıqlamasında, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı, siyasi ekspert Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, 2020-ci ilin yayından etibarən Ermənistanın Tovuz istiqamətində artan təxribatları, “yeni ərazilər uğrunda” hərəkətə keçməsi, həmçinin sentyabr ayında xain planlara əl atması Azərbaycan ordusunu əks hücum əməliyyatı keçirməyə və 30 ilədək işğal altında saxlanılan ərazilərini azad etməyə vadar etdi.

“Xatırlayıram ki, müharibənin başlamasından bir neçə gün öncə Azərbaycan Prezidenti BMT Baş Assembileyasının sessiyasındakı çıxışı zamanı Ermənistanın genişmiqyaslı təxribatlara əl atdığı barədə xəbərdarləq etmişdi, beynəlxalq ictimaiyyəti, aparıcı təşkilatları, paytaxtları Ermənistan təxribatlarının qarşısını almaq üçün səfərbər olmağa səsləmişdi. Amma bu çağırışların heç bir nəticəsi olmadı. Heç şübhəsiz ki, Ermənistan iyul ayında Azərbaycanın Tovuz istiqamətində təxribatlar həyata keçirməklə Azərbaycanın yeni ərazilərini işğal etməklə bağlı planını bu istiqamətdə reallaşdırmağa çalışırdı. O zamanda beynəlxalq aləmdən ciddi təpki gəlmədi. Sonraki dönəmlərdə təxribatlar davamlı xarekter aldı. Son nəticədə Azərbaycaı ildırım sürətli hücum əməliyyatını keçirməyə vadar oldu. Həm də, 30 illik danışıqların, Minsk qrupu formatında aparılan proseslərin heç bir nəticəsinin olmaması, üstəlik, Ermənistanın işğalı davam etdirmək, eyni zamanda işğalçı ordusunu daha da gücləndirmək, əlavə silah-sursatlarla təmin edilmək imkanları əldə etməsinə nəhayət, son vermək, BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazilərimizi azad etmək üçün üçün Azərbaycan təsirli tədbirlər görməyə qərar vermişdi”,- deyə Elşad Paşasoy vurğulayıb.

Ekspert Şuşanın azad olunmasının Azərbaycan dövləti, xalqı və qalib ordusu üçün çox önəmli hadisə olaraq dəyərləndirib.

“Azərbaycanın qüdrətli ordusu şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına, çox unikal döyüş əməliyyatlarını həyata keçirərək Şuşa zirvəsinə qədər qalxmağı, düşməni məğlub etməyi və ona “toy tutmağı” bacardı.Bu günə qədər dünyanın hərbi məktəblərində hələ də Şuşanın azad edilməsi əməliyyatının sirri tam çözülməyib. Azərbaycan ordusu Şuşanın azad olunması əməliyyatını reallaşdırmaqla nə qədər böyük gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibənin yekununda düşmənin Üçtərəfli Bəyanata imza atması, kapitulyasiya sənədini imzalaması ilə artıq yeni vəziyyət yarandı. Proses Xankəndində Azərbaycan bayrağının ucaldılmasına qədər davam etdi”,- deyə E.Paşasoy bildirib.

O, Azərbaycan xalqının 44 gün boyunca milli birliyindən danışıb:

“Azərbaycan xalqının 44 günlük savaş zamanı nümayiş etdirdiyi həmrəylik, hakimiyyət – xalq birliyi, eyni zamanda ordumuzun hər bir qələbəsinə 10 illərlə tamarzı olan insanlarımızın səfərbər olması bizi böyük qələbəmizə qovuşdurdu. Türkiyə, Pakistan başda olmaqla, müttəfiq, dost-qardaş ölkələrin mənəvi dəstəyi ilə qazanılan bu qələbənin çox mühim tarixi əhəmiyyəti var. Şanlı ordumuzun qazandığı qələbələr mübarizlik əhval ruhiyyəmizə yeni çalarlar əlavə etdi, sanki millət olaraq yenidən dünyaya gəldik. 44 günlük Vətən müharibəsində 3 minə yaxın şəhidlərimizin, minlərlə qazilərimizin qanı-canı bahasına əldə olunan bu qələbənin əbədi qorunub- saxlanması istiqamətində şübhəsiz ki, qarşımızda mühim vəzifələr dayanır. Qələbəmizin əmanət olduğunu heç zaman unutmamalıyıq və hər birimiz bu əmanəti göz bəbəyimiz kimi qorumaq üçün üzərimizə düşən vəzifələri icra etməliyik”,-deyə E.Paşasoy vurğulayıb.

Chosen
7
turkic.world

1Sources