EN

Bərdədə Şəhidlər xiyabanında və Bərdə Terror qurbanları abidəsinin önündə 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Tədbir Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə güllər düzülməklə davam edib.
Sonra RİH başçısı Vidadi İsayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəblilərin ifasında vətənpərvərlik ruhunda kompozisiya təqdim edilib.

Chosen
11
1
arantv.az

2Sources