EN

AFFA MOİK-in məşqçisini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Birinci və İkinci Liqaların oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib.

Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Birinci Liqa, 3-cü tur

“Cəbrayıl” – “İmişli” oyununda “Cəbrayıl”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

MOİK – “Difai” oyununda MOİK-in 5 futbolçusu sarı vərəqə aldığına görə “hərbçilər” 70 manat cərimə ediliblər. Oyunun 72-ci dəqiqəsində MOİK-in məşqçisi Musa Rəhimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Difai”nin futbolçusu Tahir Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Difai”nin futbolçusu Sənan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Karvan” – “Baku Sportinq” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Yevlax komandası 70 manat cərimə edilib. “Baku Sportinq”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

İkinci Liqa, 4-cü tur

“Saatlı-Araz” – “Şahdağ Qusar” oyununda təhlükəsizlik nümayəndəsi stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə Saatlı komandası 100 manat cərimə edilib. Oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” 100 manat cərimə edilib.

“Füzuli” – “Dinamo” oyununda “Füzuli”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” 50 manat cərimə edilib. Oyunun 42-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Valeh Seyidov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Kür-Araz” – “Qusar” oyununda “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” 100 manat cərimə edilib. “Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Şimal” – “Şəfa” oyununda “Şimal”ın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Şəki Siti” – “Hypers Quba” oyununun 90+1-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Lerik” – “Göygöl” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

Chosen
5
7
arena.az

10Sources