EN

Bryüs Uillis yeriyə bilmir!

Uzun zamandır demensiya xəstəliyindən əziyyət çəkən Hollivud ulduzu Bryüs Uillis yeriməyində problemlər yaranıb. 

OLAY “Radar Online” nəşrinə istinadən yazır ki, sənətçi rahatlığını təmin etmək üçün yalnız köməkçi və ya mühafizəçilərin köməyi ilə gəzir. 

Əvvəllər Bryüsun yaxınları onun 70 illik yubileyini belə yaşayıb-yaşamayacağından narahat idilər və indi nəşrə mənbə bildirib ki, Uillisin ailəsi hər bir pis xəbərə hazırdır. 

Buna baxmayaraq, Üillisin qohumları, o cümlədən indiki və keçmiş həyat yoldaşları Emma Heminq və Demi Mur, aktyora diqqət və qayğı göstərməkdə davam edirlər.

Chosen
10
1
olay.az

2Sources