EN

Türkiyə ordusu 22 PKK/YPG terrorçusu zərərsizləşdirib

İraqın şimalındakı Qara və Asos bölgələrində 21 PKK/YPG terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi: "Terrorçular onları gözləyən sondan qaça bilməzlər!" ,-deyə 22 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb:

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Asos bölgələrində şəxsiyyəti müəyyən edilən 21 PKK terrorçusunu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib".

Nazirlik tərəfindən edilən paylaşımda, "Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuların başı üstə olmağa davam edəcək",-deyə qeyd edilib.

Chosen
5
5
aznews.az

6Sources