EN

"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək

 
"Avropa Ukraynaya Birləşmiş Ştatların ödədiyi pulların yalnız az bir hissəsini ödəyir, bizi isə Rusiyadan okean ayırır..."
 
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bəyan edib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, görüş cümə günü, sentyabrın 27-də "Trump Tower"-də baş tutacaq. 
 
O, Ukraynada müharibə haqqında da bəyanatlar verib. "Ukraynada baş verənlər rüsvayçılıqdır. Bu, dəhşətli bir şeydir. Məni ən çox narahat edən şeylərdən biri də odur ki, Avropa Ukraynaya Birləşmiş Ştatların ödədiyi pulların yalnız az bir hissəsini ödəyir, bizi isə Rusiyadan okean ayırır", - Tramp bəyan edib.
 
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenskinin komandası ABŞ-a səfəri zamanı Donald Trampla onun Mar-a-Laqo iqqmətgahında görüşündən imtina edib. Səbəb isə, guya, bunun Trampa prezident seçkilərdə dəstək verilməsi kimi qəbul edilə biləcəyi olub.
 
Bundan öncə Tramp Ukrayna barəsində, o cümlədən Zelenski barəsində səs-küylü bəyanatlar verib.
 
Belə ki, ABŞ-ın sabiq prezidenti Ukrayna liderini Rusiya ilə müharibənin dayandırılması barədə saziş bağlamaqdan imtina etməsində və ona "böhtan atmaqda" ittiham edib, çünki Tramp ABŞ-da seçkilər ərəfəsində Kiyevə hücumlarımı gücləndirib.
 
Şimali Karolina ştatında seçkiöncəki tədbir zamanı Tramp Zelenskini onun ünvanına "çirkli hücumlarda" ittiham edib. Nəyi nəzərdə tutuduğunu isə ABŞ prezidentliyinə namizəd dəqiqləşdirməyib.
Chosen
6
1
moderator.az

2Sources