EN

Azər Məmmədov: “Torpaqlarımızın sülh yolu ilə geri qaytarılması təmin edilsəydi, o zaman Vətən müharibəsinə də ehtiyac olmazdı”

Azərbaycanın 2020-ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrini, eləcə də parlaq Zəfərimizin regionda yaratdığı yeni geo-siyasi reallıqların bütün Cənubi Qafqazın gələcəyinə təsiri baxımından önəmini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.Media təmsilçisi öz şərhində qeyd edir ki, əgər 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalına, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlərə və qətliam hadisələrinə göz yummasaydı və torpaqlarımızın sülh yolu ilə geri qaytarılması təmin edilsəydi, o zaman Vətən müharibəsinə də ehtiyac qalmazdı. Baş redaktorun rəyinə görə, keçən əsrin sonlarından başlanan sülh danışıqlarının heç bir nəticə verməməsi əslində bu proseslərin mahiyyətinə qoyulmuş baza prinsipləri ilə müəyyən edilmişdi: “İşğal dövründə Erməni qəsbkarlarının bütün dünyada olan havadarlarının, o cümlədən münaqişənin sülh yolu ilə həllinə nail olmağa səlahiyyətləndirilmiş bəzi riyakar təəssübkeşlərin yeganə məqsədləri bu idi ki, Azərbaycan işğal faktı ilə barışsın, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etsin. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Bütün bu illər ərzində dövlətimizin başçısı Azərbaycanın öz ərazilərini hərbi yolla azad etmək hüququna sahib olduğu və lazım gələrsə bu hüququndan istifadə edəcəyi barədə səsləndirdiyi fikirləri bir an belə olsun gündəmdən çıxarmağa imkan vermədi. Xüsusilə 2003-2020-ci illər ərzində bu məqsədə nail olmaq üçün həlledici döyüşə bütün sahələrdə ən ciddi hazırlıq işləri aparıldı. Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsi daha da gücləndirildi və Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Nəticədə ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. II Qarabağ savaşında Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə dövlətçilik tariximizin ən şərəfli səhifəsinə yazıldı. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən işğalçı erməni ordusu döyüş meydanında hərbi texnikasını qoyaraq qaçdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.”Azər Məmmədovun təhlilində diqqəti cəlb edən məqamlardan biri də budur ki, baş redaktor tarixi Qələbəmizin təkcə ölkəmiz üçün deyil, məhz qlobal miqyasda gedən proseslərə təsirini diqqət mərkəzinə çəkir: “II Qarabağ müharibəsinin başlanma səbəbləri, gedişatı və ən əsası, əldə olunan nəticələr obyektiv şəkildə təhlil olunarkən belə bir nəticəyə gəlmək olur ki, 27 sentyabr 2020-ci il tarixi əslində təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün Cənubi Qafqaz ölkələri və xalqları üçün müstəsna əhəmiyyət kəsb edən əlamətdar bir gündür. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Şanlı Azərbaycan Ordusu 30 illik işğala son qoymaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə erməni qəsbkarlarına qarşı Zəfər yürüşünə başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bununla da bütün Cənubi Qafqaz regionu erməni faşizminin təhdidindən xilas edildi. Qədim Azərbaycan şəhəri olan Şuşa ordumuz tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu tarixi sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı idi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına dərin ehtiram əlaməti olaraq cənab Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur.”

Chosen
6
1
intertv.az

2Sources