EN

Bakıdakı güclü yanğınla bağlı SON DƏQİQƏ XƏBƏRİ - ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

Report-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının boya istehsalı müəssisəsində baş verdiyi bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Musavat.com-a TƏBİB-də mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Musavat.com-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Chosen
5
21
musavat.com

10Sources