EN

Cənub bölgəsində şəhidlərin xatirəsi anılıb

27 Sentyabr Anım Günü cənub bölgəsinə daxil olan rayonlarda da ehtiramla qeyd olunub.

“Report”un Cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında baş tutan Anım Günü tədbirlərində rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat və müəssisələrdə çalışanlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid ailələrinin üzvləri və qazilər şəhidlərin xatirəsini yad etmək üçün səhər saatlarında rayon mərkəzlərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhlarına dualar oxunub, onların xatirəsinə dərin ehtiram ifadə olunub.

Eyni zamanda, müxtəlif ərazilərdə yerləşən şəhid məzarları da ziyarət edilib, arşısına gül-çiçək dəstələri qoyulub. Anım Günündə Masallı rayonunda Viləş çayının şəhər ərazisindən keçən sahil boyunca ağacəkmə aksiyası keçirilib.

Bütün ölkə ərazisində olduğu kimi, Cənub zonasındakı rayonlarda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Chosen
11
far.az

1Sources