Bakıda güclü yanğın başlayıb.
XALQ.AZ xəbərinə görə, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.
Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
***
Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
Hazırda yanğınla əlaqədar Xəzər TV-də təxliyə işləri həyata keçirilir.