EN

Abşeronda avtomobillərdən 11500 manat oğurlanıb, 4 nəfər tutulub

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində “Hyundai”, “Toyota”, “Mercedes”, “Kia” və “VAZ” markalı 5 avtomobildən müxtəlif üsul və vasitələrlə ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən 30 yaşlı A.Həsənov, 18 yaşlı İ.Rüstəmli, 31 yaşlı Ə.Məmmədov, 20 yaşlı B.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Musavat.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

 
Chosen
1
17
musavat.com

10Sources