EN

Yevlaxda “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Yevlaxda

Yevlax, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını və xatirələrinə inşa edilmiş abidəni ziyarət edib, üzərinə tər güllər düzərək, ruhlarına ehtiramlarını bildiriblər.

Sonra Yevlax şəhər Mədəniyyət Mərkəzi tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Chosen
6
azertag.az

1Sources