EN

"Daily Mail" "Qarabağ"ın başına gələnlərdən yazıb

Məlum olduğu kimi, Avropa Liqasının Liqa mərhələsinin I turunda "Tottenhem"lə oyundan əvvəl "Qarabağ" problemlə üzləşib. Ağdam təmsilçisi matça gedərkən 2 saatdan çox tıxacda qalıb. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlanmalı oyun, 35 dəqiqə gec - 23:35-də start götürüb. Sport24.az xəbər verir ki, Britaniyanın məşhur "Daily Mail" nəşri problemin yaranmasının səbəbləri barədə yazıb. Qəzet bildirib ki, "Qarabağ" Londonun vahiməli tıxacına görə, hakimin start fitinə 15 dəqiqə qalmış stadiona çatıb: 
 
"Azərbaycan çempionu stadiondan 12 mil uzaqda bir oteldə yerləşmişdi. Amma Londonda dəmiryolu və avtomobil yollarının bağlanması səbəbindən yollar hamı, o cümlədən oyuna gedən minlərlə azarkeş üçün xaos yaratdıb".
 
Həmçinin qeyd edilib ki, yayımçı şirkətin oyunu şərh etməli olan ekspertləri Piter Krauç və Qlen Hoddl maşından düşərək, güclü yağış altında stadiona piyada getməli olublar. Qlen Hoddl bununa bağlı fikilərini bölüşüb:
 
"Biz məcburən maşının xidmətindən imtina etməli olduq. Başımızı aşağı salıb yol aldıq. Piter qaçır, mən isə axsayaraq gedirdim".
 
"Qarabağ" Londonda tıxaca düşən  ilk Avropa komandası deyil...
"Daily Mail" nəşrinin yazdığına görə, "Qarabağ" "Tottenhem Hotspur"un ətrafında tıxaca düşən ilk Avropa komandası deyil. Qəzet 2023-cü ili yada salıb. Həmin vaxt Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem"lə oyundan əvvəl İtaliyanın "Milan" klubu da belə bir problemlə rastlaşıb.
 
Qəzet yazır ki, uzun illərdir "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov üzləşdikləri durumdan narazı qalıb. Çünki onun komandasının oyuna hazırlaşması üçün cəmi 40 dəqiqə vaxtı qalmışdı:
 
"Təsəvvür edin, siz tıxacda 2,5 saat yarım ilişib qalırsınız. Mən bunu məğlubiyyətə bəhanə kimi gətirmək istəmirəm. Amma belə hal baş verməməli idi. Bizi müşayiət edən polis yox idi. Bu isə açıq-aşkar futbolçularımıza çox təsir etdi. Lakin baş verənlər görə rəqibin qələbəsinə kölgə salmır. Onlar yaxşı komandadır. Amma oyuna tıxaca görə oyuna lazımınca hazırlaşa bilmədik".
 
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu 3:0 hesabı ilə yekunlaşıb.

Chosen
1
1
sport24.az

2Sources