EN

Növbəti həftə bu yolda hərəkət məhdudlaşdırılacaq - AAYDA

Fins.az xəbər verir ki, 30 sentyabr saat 06:00-dan etibarən  Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda “Balaxanı dairəsi” adlanan ərazinin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin  hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (YOL BAĞLANMIR)

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Zemfira Ms
Fins.az

 

Chosen
5
42
fins.az

10Sources