EN

Azərbaycan UEFA reytinqində gerilədi

style='margin-bottom:10px;'>

Azərbaycan UEFA reytinqində geriləyib.

QOL.az-ın xəbərinə görə, Avropa Liqasının dünən keçirilən "Tottenhem" - "Qarabağ" matçında (3:0) Ağdam təmsilçisinin əmsal yazdıra bilməməsi ölkəmizin mövqeyinə təsir edib.

Ötən həftəyə kimi reytinqdə 26-cı olan Azərbaycan bir pillə geriləyərək 27-ci yerə düşüb. 

Ölkəmizin əmsalı 19,125 təşkil edir. 26-cı yerdə olan Rumıniya da bu qədər əmsala malikdir. Lakin rumınlar bu mövsüm daha çox əmsal topladığından (3,625) Azərbaycandan (2,375) önə keçə bilib.

Qeyd edək ki, Rumıniya təmsilçisi FCSB dünən Avropa Liqasında RFS (Latviya) üzərində 4:1 hesablı qələbi qazanmaqla ölkəsinin xal ehtiyatını artırıb.

Reytinqə əvvəlkitək İngiltərə (90,589) başçılıq edir.

Chosen
7
1
teleqraf.com

2Sources