EN

3 təyyarə məhv olmaq təhlükəsi barədə  siqnallar aldı

Rusiya aviaşirkətlərinin üç təyyarəsi dərhal məhv olmaq təhlükəsi ilə bağlı xəbərdarlıq alıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, sentyabrın 26-da günortadan sonra ən azı üç reysin ekipajı Rusiyanın cənubu üzərində uçarkən həyəcan siqnalı alıb.

Naməlum şəxslər ingilis dilində “Siz məhdudlaşdırılmış əraziyə yaxınlaşırsınız, hava məkanını tərk edin, yoxsa məhv olacaqsız” cümləni səsləndiriblər.

Mənbənin sözlərinə görə, bu xəbəri ilk olaraq Sankt-Peterburqdan Vladiqafqaza uçan və eniş etməyə hazırlaşan “Boeing 737” təyyarəsinin pilotları eşidib. Daha sonra xəbərdarlıq Ufadan Minvodıya gedən SSJ 100 təyyarəsinə, eləcə də Moskva-Antalya reysini həyata keçirən Boeing 777 təyyarəsinə gəlib.

Qeyd olunur ki, hər üç təyyarə təhlükəsiz şəkildə təyinat aerodromlarına enib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Lamiyə 

Chosen
74
50
medianews.az

10Sources