EN

Diaspor nümayəndələrinin Xankəndi və Şuşaya növbəti səfəri gerçəkləşib (FOTO)

Bakı. Trend:

Xaricdə yaşayan və hazırda Vətəndə olan diaspor nümayəndələrininXankəndi və Şuşaya səfəri baş tutub.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi vətəşkilatçılığı ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsiçərçivəsində sayca 13-cü dəfə gerçəkləşən səfərdə dünyanın 16ölkəsindən 50 diaspor nümayəndəsi iştirak edib.

Qonaqlar əvvəlcə Xankəndi şəhərində olublar. Xankəndindəinzibati binanın qarşısında 27 Sentyabr – Anım Gününün 4-cüildönümü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canındankeçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Vətən torpaqlarının azadlığına görə Müzəffər Ali Baş Komandan İlhamƏliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildirib,şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşəndiaspor nümayəndələri Cıdır düzünü, Molla Pənah Vaqifinməqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Gəncə Qapısını,“Güllələnmiş heykəllər”in yerləşdiyi meydanı və digər görməliyerləri ziyarət ediblər. Diaspor nümayəndələri Cıdır düzündəAzərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır!” şüarısəsləndiriblər. Kanadadan olan soydaşımız Səməd Purmusəvinin sazdacanlı ifası böyük maraqla qarşılanıb və ziyarəçilərə duyğulu anlaryaşadıb.

Xankəndində, Şuşada aparılan yenidənqurma və abadlıq işləri iləyaxından tanış olan soydaşlarımız bu cür səfərlərin mütəmaditəşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarınıbildiriblər.

Xatırladaq ki, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətinməlumatlandırılmasında böyük rol oynayan soydaşlarımızın, xaricijurnalistlərin, alimlərin Şuşaya, eləcə də işğaldan azad edilmişdigər rayonlara səfərlərini təşkil edir. Sentyabrın 11-də XaricdəYaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı olan, dünyanın23 ölkəsindən ölkəmizə gələn 80-dən çox alim Şuşa və Xankəndiyəsəfər edib və Azərbaycan Respublikasının Prezidenti, müzəffər AliBaş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıblar.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Chosen
17
2
az.trend.az

9Sources