EN

“Evimizin dağılmış halını görmək ağır idi”

“Müharibənin başladığı günlər çox ağır günlər idi. Şəhidlərimiz var idi. Bir tərəfdə də sevinc var idi ki, 30 ildir bizim əlimizdən alınan torpaqlar üçün mübarizə aparırdıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Asif Məmmədov deyib.

O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən danışıb. Müharibənin iştirakçılarından olan futbolçu Anım Günündə öz xatirələrini bölüşüb: “Müşviq Abbasovun rəhbərliyi altında könüllülər var idi. Ağdamlılardan ibarət dəstə idi. Onlar da müharibəyə qoşulmuşdular. Mən də vaxt tapdıqca ora gedirdim, qoşulurdum. Ağdamın müdafiəsində iştirak edirdik. Düzdür, onlar mənim posta çıxmağıma qarşı olurdular. Amma inad edib birlikdə çıxırdım posta. Ağdama olan hücumların birində iştirak etdim. Həmin döyüş zamanı Müşviq Abbasovu itirdik. Çox ağır idi”.

Asif Məmmədov doğma şəhərin olan Ağdamın azadlığını görməyin sözlə ifadəsinin çətin olduğunu bildirib: “Bu hissləri sözlə ifadə etmək çətindir. Müharibədən sonra öz kəndimizə getmişdim. Evimizin dağılmış halını görmək ağır idi. Çox təəssüf ki, müharibədən pis xatirələrim də qalıb. Şəhidlərin, qazilərin döyüş meydanlarından çıxarılması yadımdan çıxmır. Qalib gəlsək də, həmin anlar gözümdən getmir”.

Chosen
7
futbolinfo.az

1Sources