EN

Google İT dahisini işə götürmək üçün 2,7 milyard dollar dollar xərcləyib

"Google" texnologiya nəhənginin keçmiş əməkdaşı Noam Şazir tərəfindən qurulan "Character AI" startapı ilə 2,7 milyard dollarlıq müqavilə bağlayıb.

Poliqon xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, "Google"un əsas məqsədi süni intellekt sahəsində araşdırmaları ilə tanınan Noam Şaziri yenidən şirkətə cəlb etmək olub. Hazırda Noam Şazir "Google"da vitse-prezidentdir və "Gemini" də daxil olmaqla süni intellekt alqoritmlərinin inkişafı üzərində işləyir.

Məlumata görə, "Google" sadəcə Noam Şaziri geri qaytarmaq üçün əhəmiyyətli miqdarda lisenziya haqqı ödəməyə razılaşıb. Məsələ ilə tanış olan bir şəxsin sözlərinə görə, Noam Şazir "Character AI" startapındakı payından yüz milyonlarla dollar qazanıb. Forbes onu süni intellekt dahisi adlandırır.

Noam Şazir 2000-ci ildən "Google"da işləyir. 2017-ci ildə o, generativ neyron şəbəkə texnologiyası üçün əsas olan "Diqqət sizə lazım olan hər şeydir" məqaləsini nəşr edib. Daha sonra o, "Meena" çatbotunu yaradıb və çatbotun yaxın gələcəkdə "Google"un axtarış sistemini əvəz edə və trilyonlarla dollar gəlir gətirə biləcəyini proqnozlaşdırıb.

Noam Şazir iki il sonra 150 milyon dollar vəsait cəlb edən və 1 milyard dollar dəyərində olan startap "Character AI"ni qurub. "OpenAI" və "Microsoft"un rəqabəti qarşısında Noam Şazir öz startapı üçün daha çox vəsait toplamağa çalışıb və nəticədə "Google"un ana şirkəti olan "Alphabet" ilə razılığa gələ bilib. Müqavilə nəticəsində Noam Şazir və onlarla başqa "Character AI" işçisi "Google"a keçib.

Poliqon.info

Chosen
15
1
poliqon.info

2Sources