EN

Qayıbov Zaqatala OİK-ə baxış keçirdi

Sentyabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

Futbolpress.az xəbər verir ki, burada aparılan yenidənqurma işlərinin gedişatı ilə maraqlanan nazir işlərin keyfiyyətli və sürətli aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

Nazir Qax Olimpiya İdman Kompleksinin vəziyyəti ilə də tanış olub. Buradakı məşq və yarış zallarına, stadiona, üzgüçülük hovuzuna baxış keçirilib. Fərid Qayıbov komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Nazir Fərid Qayıbov həmçinin Respublika Olimpiya İdman Liseyinin Qax filialının fəaliyyəti ilə maraqlanıb. Nazir buradakı şərait, qarşıda duran işlər barədə məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, lisey şagirdləri ilə söhbət edib, onların tədris və məşq şəraitləri ilə maraqlanıb.

Chosen
1
15
futbolpress.az

10Sources