""Masdar"ın 2022-ci ildə imzaladığı iki icra müqaviləsinə əsasən biz artıq yaxın zamanda 1000 MVt gücündə 3 stansiyanın tikintisinə başlamağı planlaşdırırıq".
"Operativ Media" xəbər verir ki, bunu "Masdar Azərbaycan" şirkətinin direktoru Murad Sadıqov Baku TV-yə bildirib.
O, qeyd edib ki, bunlar Biləsuvar GES-dir (445 MVt), Neftçala GES (315 MVt) və Abşeron KES-dir (240 MVt). Bu üç layihənin toplam gücü 1000 MVt-dir.
Direktor bildirib ki, Biləsuvar və Neftçala stansiyalarının paralel olaraq bu ilin sonuna qədər tikintisinə başlanılması planlaşdırılır.