EN

Bakının bəzi yollarında sıxlıq var -SİYAHI, FOTO

Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, hazırda:

 

1. Babək prospekti, mərkəz istiqamətində;

 

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

 

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

5. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

 

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

8. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
4
49
senzor.az

10Sources