EN

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Sentyabrın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşəkçaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki zonasındaisə intensiv olub. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinəqar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 22 mm, Zaqatalada 21mm, Qaxda (Sarıbaş) 15 mm, Lerik, Balakəndə 14 mm, Yardımlıda 13mm, Qubada 12 mm, Qusarda 11 mm, Qəbələdə 10 mm, Xaçmaz,İsmayıllıda 9 mm, Ağdamda 8 mm, Qrız, Zərdab, Oğuzda 6 mm, Şabran,Göyçay, Şamaxıda 5 mm, Altıağac, Xaltan, Şahdağ, Göygöl, Gədəbəy,Yevlax, Mingəçevir, Kürdəmir, Daşkəsən, Qobustan, Gəncə, Şəmkir,Ağstafa, Ağsu, Tərtər, Bərdə, İmişli, Biləsuvarda 4 mm-dəkolub.

Şərq küləyi arabir Culfada 21 m/s, Neftçala, Naftalanda 18m/s-dək güclənib

Daşkəsən, Göygöl, Qusar, Qrız, Şahdağ, Göyçay, Şəmkir, Gədəbəy,Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26,Naxçıvan MR-da 28, Aran rayonlarında 29, dağlıq rayonlarda 18dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Chosen
3
49
az.trend.az

10Sources