EN

Paltar sərən 23 yaşlı nişanlı qız 4-cü mərtəbədən yıxılaraq öldü

Tərtərdə paltar sərən 23 yaşlı  nişanlı qız dördüncü mərtıbədən yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə ehtiyatsızlıq nəticəsində hündürmərtəbəli binada baş verib. Belə ki, 2003-cü il təvəllüdlü rayon sakini Niftallyeva Arzu İlqar qızı yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək sərt şəkildə yerə yıxılıb.

O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən qız nişanlı imiş, toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
13
30
unikal.az

10Sources