EN

Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ATA DANIŞDI - VİDEO

Dörd yaşlı qız uşağının anası keçmiş həyat yoldaşının övladına fiziki zorakılıq göstərdiyini, işgəncələr verdiyini iddia edib.

Referans.az xəbər verir ki, azyaşlının atası isə məsələ ilə bağlı Baku TV-yə müraciət edərək sözügedən iddiaların yalan olduğunu bildirib:

"Qarşı tərəfin istəyi ancaq məndən pul qoparmaq, məni şərləməkdir. Ana psixoloji xəstədir, uşağa işgəncələr verir. Əlimdə faktlar var".

O söyləyib ki, azyaşlı atasını istədiyinə görə ana qızına "atanı istəsən, səni cəzalandıracağam" deyib.

"2019-cu ildə keçmiş həyat yoldaşımla ayrılmışıq. Buna səbəb isə valideynlərinin ailəmizə çoxlu müdaxilələr etməsi olub. Övladımla görüşməyimə problem yaradırlar. Alimentin əvəzinə övladımın anası mənə telefon aldırıb. Övladımın elə bir ailədə qalması təhlükəlidir. Xahiş edirəm ki, qızım onların əlindən alınaraq uşaq evinə yerləşdirilsin", - deyə azyaşlının atası əlavə edib.

Ətraflı süjetdə:

Chosen
2
9
referans.az

10Sources