EN

Putinin nüvə hədəsinə ABŞ-dan cavab

Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidləri məsuliyyətsizlik və vaxtında olmayan açıqlamadır.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində deyib.

O bildirib ki, dünyada bir çoxları "nüvə qılıncını oynadıb":
"Düşünürəm ki, o (Putin) və Çin “nüvə qılıncını” oynadanda dünyada bir çoxları bu barədə aydın danışıb. İndi dünyada tərk-silah və silahların yayılmaması çox vacibdir".
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ölkəsinin nüvə doktrinasına dəyişikliyi ötən gün elan edib.

Chosen
11
9
baki.media

10Sources