EN

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etdi

Amerika Birləşmiş Ştatları Ukraynaya 2.4 milyard dollar dəyərində silah ötürəcək.

hakimiyyet.az Pentaqon və Ağ Evin Mətbuat Xidmətlərinə istinadən xəbər verir ki, bu, yeni hərbi yardım paketinə daxil edilib.

Pentaqondan bildirilib ki, paket Ukraynanı əlavə hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları və hava-yer döyüş sursatları ilə təmin edəcək, həmçinin Ukraynanın müdafiə sənayesi bazasını gücləndirəcək, onun texniki xidmət və təminat ehtiyaclarını dəstəkləyəcək.

Silahlar Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində təhvil veriləcək. Bu, o deməkdir ki, silahlar ABŞ ehtiyatlarından deyil, sənayedən alınacaq.

2.4 milyard dollarlıq yeni paketə aşağıdakılar daxildir:

- Ukrayna hava hücumundan müdafiə sistemləri üçün sursat və dəstək;

- Havadan yerə döyüş sursatları;

- Ukraynanın dron istehsalını dəstəkləmək üçün dronlar və komponentlər;

- Dron əleyhinə avadanlıq;

- Pilotsuz suüstü gəmilər;

- Təhlükəsiz rabitə avadanlığı;

- Ukraynanın silah-sursat istehsalını dəstəkləmək üçün avadanlıq və materiallar;

- Ehtiyat hissələri, texniki xidmət və dəstək, digər köməkçi avadanlıqlar.

Qeyd edək ki, bu, ABŞ-dən Ukrayna üçün USAI təşəbbüsü çərçivəsində ayrılan iyirmi birinci paketdir.

"Birləşmiş Ştatlar Ukraynanın müharibədə qalib gəlməsi üçün lazım olan dəstəyi təmin etmək məqsədilə təxminən 50 müttəfiqi və tərəfdaşı ilə işləməyə davam edəcək" , - ABŞ Müdafiə Nazirliyi əmin edib.

Eyni zamanda, paketə əlavə olaraq, ABŞ Prezidenti Co Bayden ölkə ehtiyatlarından Ukraynaya yardım üçün 5.55 milyard dollar ayıran fərmanı imzalayıb.

Chosen
5
1
hakimiyyet.az

2Sources