EN

Zelenski Baydenlə görüşdü, qələbə planını təqdim etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb.
Bu barədə Oxu.Az Zelenskinin sosial şəbəkə səhifələrinə və Ağ Evin saytına istinadən xəbər verir.
Məlumata görə, Ukrayna prezidenti ABŞ dövlət başçısına Kiyevin qələbə planını təqdim edib. Liderlər bu təşəbbüslə bağlı mövqelərini razılaşdırıblar və hazırda onun həyata keçirilməsi ilə bağlı növbəti addımları hazırlayırlar.
Zelenskinin sözlərinə görə, Baydenlə görüşdə "Planı gücləndirmək üçün" detallar müzakirə edilib.
"Biz komandalarımıza növbəti addımlarla bağlı məsləhətləşmələr aparmağı tapşırmışıq", - deyə Ukrayna dövlətinin başçısı bildirib.
Ağ Evin məlumatına görə, hər iki lider Zelenskinin planının diplomatik, iqtisadi və hərbi aspektlərini müzakirə ediblər.
Qeyd edək ki, görüşdən sonra Ukrayna liderinin ABŞ-yə səfərinin daha bir gün uzandığı bildirilib.
Chosen
22
50
oxu.az

10Sources