EN

İsrailin Livandakı əsas məqsədi açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar bildirib ki, ona həvalə edilmiş qoşunların əsas vəzifəsi İranın "Hizbullah" hərəkatını silahla təmin etməsinin qarşısını almaq olacaq.
Oxu.Az xəbər verir ki, "The Times of Israel" Barın zabitlərə müraciətindən sitat gətirib:
"İndi biz "Hizbullah"ın itirdiklərini nəzərə alaraq, İrandan Livana silah çatdırılması ehtimalını dayandırmaq niyyətindəyik. Bir sıra prioritetlərdə bu missiya birinci olacaq", - general-mayor vurğulayıb.
Bundan əlavə, o, bəyan edib ki, Livana qurudan hücuma başlamaq əmri alınarsa, Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələrinin Şimal Hərbi Dairəsinə yardım etməyə hazırdır.
Chosen
7
10
oxu.az

10Sources