UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Bakupost.az -ın məlumatına görə "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min
***
“Qarabağ”ın bu gün “Tottenhem”lə keçiriləcək oyun nəzərdə tutulduğundan gec başlaya bilər.
Bakupost.az -ın xəbərinə görə, Ağdam təmsilçisini aparan avtobus Londonda oyuna yollanarkən tıxacda qalıb. Məsələ ilə bağlı UEFA nümayəndələri dərhal məlumatlandırılıb.
Bu səbəbdən saat 23:00-da başlaması nəzərdə tutulan görüşün 40-45 dəqiqə gec başlaması gözlənilir. Bununla yanaşı oyunun Bakı vaxtı ilə saat 00:00-da başlanacağı istisna edilmir.
Bakı vaxtı ilə saat 22:50-də komanda hələ stadiona çatmamışdı.
***
UEFA-nın yaydığı açıqlamada komandalardan birinin ("Qarabağ"ın - red.) matça yetişməkdə ləngidiyi və oyunun gec başlayacağı bildirilib. Oyunun dəqiq vaxtı ilə bağlı açıqlama veriləcək.
***
UEFA xəbər yayıb ki, oyun saat Bakı vaxtı ilə 23:35-də başlanacaq.
Oyun Avroliqanın Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilməlidir.