EN

Masallıda anım tədbiri keçirilib

Ərkivanda şəhidlərin xatirəsi anılıb

 

Masallı rayonunun Ərkivan qəsəbəsində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
44 günlük müharibənin dördüncü ildönümü ərəfəsində keçirilən tədbirdə qəsəbənin “Şəhidlər parkı”ındakı abidə önünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 
Anım tədbiri şəhidlərin dəfn edildiyi məzarlıqda davam edib.
Bu gün doğum günü qeyd edilən Vətən müharibəsi şəhidi Sənan Mətləb oğlu Seyfullayevin və digər şəhidlərin məzarı ziyarət edilib.  
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, ölkə rəhbəri İlham Əliyevin qətiyyətli siyasəti, xalq-ordu  birliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin əhəmiyyətindən, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasından, qəhrəman Vətən övladlarının, şəhidlərimizin şücaətindən danışıblar.
Qeyd edilib ki, qədirbilən xalqımız tərəfindən şəhidlərin xatirəsi hər zaman uca tutulur. 

 

Akif AĞAYEV

Chosen
7
qht.az

1Sources