İrəvanda \"Rossiya Mall” ticarət mərkəzinə bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə \"Sputnik-Armeniya\"ya ticarət mərkəzinin əməkdaşlarından biri məlumat verib.
Bütün işçilər və ziyarətçilər təxliyə edilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.
Bizim Telegram kanalımıza abunə olun