EN

İsrail ordusu 39 fələstinlini daha qətlə yetirdi

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 41 532 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 356 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 39 fələstinlinin həyatını itirdiyi, 86 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 532-yə, yaralıların sayının isə 96 092 nəfərə yüksəldiyi qeyd edilib.



Chosen
6
3
trt.net.tr

10Sources