EN

Ermənistan Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentini TƏSDİQLƏDİ

Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentini əsas qanuna uyğun olduğuna dair qərar qəbul edib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Konstitusiya Məhkəməsi tərəflər arasında avqustun 30-da imzalanan sənədin reqlamentini təsdiq edib.

Qərar Konstitusiya Məhkəməsınin rəsmi saytında çıxdığı gündən qüvvəyə minir.

Bizim.Media

Chosen
7
8
bizim.media

10Sources