EN

Türkiyə Milli Müdafiə Nazirliyi şəhidlərimizin xatirəsini yad etdi


Türkiyə Milli Müdafiə Nazirliyi “27 Sentyabr Şəhidlərin Anım Günü” münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini yad etdi.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Tuğamiral Zeki Aktürk həftəlik mətbuat konfransında deyib.
“İki dövlət, bir millət” şüarı ilə bir olduğumuz azərbaycanlı qardaşlarımızın “20 sentyabr Suverenlik Günü”nü bir daha təbrik edir, qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı və 44 gün davam edən “Vətən Müharibəsi”nin dördüncü ildönümünü və “27 Sentyabr Şəhidlərin Anım Günü” münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk”, - Aktürk bildirib.
Chosen
13
25
yeniavaz.com

10Sources