EN

Müdafiə Nazirliyi ilə “Azərsilah” Anlaşma Memorandumu imzaladı

Image

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə koordinasiyalı fəaliyyətlərin təşkili məqsədi daşıyır.





Chosen
9
27
baki-xeber.com

10Sources