EN

Qusarda yataqxanada yanğın: Tüstüdən zəhərlənənlər var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusarda yataqxanada yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 110 m² olan dördotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən beşi uşaq olmaqla doqquz nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, iki nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Chosen
11
50
oxu.az

10Sources