EN

"Solo Brain" fərdi intellektual turnirinin qrup mərhələsi başa çatıb - FOTOLAR » AzadMedia.az



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Solo Brain" fərdi intellektual turnir layihəsi çərçivəsində keçirilən bilik yarışının qrup mərhələsi başa çatıb.

QHT.az xəbər verir ki, qrup mərhələsində seçim turunda ən yaxşı nəticə göstərən 16 gənc mübarizə aparıb. Bu gün "C" və "D" qrupunun oyunları keçirilib. "Breyn Rinq" formatında baş tutan oyunların hər birində 16 sual səsləndirilib. Yekun nəticələrə əsasən, "C" qrupundan Nəsimi Süleymanov və Furqan Allahverdiyev, "D" qrupundan isə Nəsimi Əliyevlə Şəymən Nəbiyeva suallara ən çox düzgün cavab verərək yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyunları 30 sentyabr, final isə 1 oktyabrda keçiriləcək. Finalda ilk üç yeri tutan gənclər müvafiq kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Chosen
5
6
azadmedia.az

10Sources