EN

Vitali Borisov istefaya göndərildi

Vitali Borisov futzal üzrə Azərbaycan çempionatının sonuncu qalibi olan “Araz-Naxçıvan”ın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Federasiyadan verilən məlumata görə, “Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi baş verib. Klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasında çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.

Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.

Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.

Xatırladaq ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da birgə çalışırdılar. Azərbaycan millisinin keçmiş üzvü baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət etmişdi.

Chosen
2
28
arena.az

10Sources