EN

Qatarda qiymət bahalaşması: "Kiçik rəqəm kimi görünsə də, bahalaşma tək qatarda getmir axı" - sərnişinlər

Sentyabrın 25-dən Bakı-Sumqayıt-Bakı qatarı üzrə gediş haqqı 1 manatdan 1 manat 20 qəpiyə, Bakı-Xırdalan-Bakı üzrə isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Gediş haqqı Abşeron dairəvi dəmiryol xəttina aid digər marşrutlarda da bahalaşıb.

Bu barədə Azərbaycan Dəmir Yollarından açıqlama verilib.

Beləliklə, qatardan sonra Bakıda şəhərdaxili marşrutdan da istifadə edən şəxs azı 3 manat 40 qəpik xərcləməli olacaq.

BBC Azərbaycancaya danışan bəzi sərnişinlər deyiblər ki, təkcə qatardan xidmət qiymətləri yox, digər sahələrdə də bahalaşma olduğu üçün bu, büdcəyə təsir edir.

Azərbaycan Dəmir Yolları noyabrın 1-dən digər ölkədaxili marşrutlar üzrə də dinamik qiymət tətbiq edəcək. Bileti 25-30 gün əvvəl alan sərnişinlərə isə 15 faiz endirim olacaq.

Videonu YouTube kanalımızda izləyin.

Chosen
13
bbc.com

1Sources