EN

Sui-qəsd cəhdindən sonra eyni ərazidə yenidən mitinq keçirəcək

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iyulun 13-də sui-qəsd cəhdinə məruz qaldığı ərazidə yenidən mitinq təşkil edəcək.

"Unikal" xəbər verir ki, Trampın seçki kampaniyasının rəsmi saytında verilən açıqlamaya görə, Donald Tramp oktyabrın 5-də daha əvvəl ona qarşı olunan sui-qəsd cəhdindən sonra Pensilvaniya ştatının Butler bölgəsində yenidən mitinq keçirəcəyi bildirilib.

Həmçinin, Trampın mitinq çərçivəsində sui-qəsd cəhdi zamanı həyatını itirən yanğınsöndürən Korey Komperatorun xatirəsinə həsr olunmuş mərasimə qatılacağı da qeyd olunub.

Zərifə Nağıyeva 

Chosen
14
5
unikal.az

10Sources