EN

İşğal dövründə Füzuli və Ağdam rayonlarının bitki örtüyü azalıb

Bakı.Trend:

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik AgentliyininEkologiya İnstitutu tərəfindən işğaldan azad olunmuş torpaqlardayaranmış ekoloji problemlərin aradan qaldırılması istiqamətindəelmi-tədqiqat işləri aparılır.

Bunu Trend-ə Milli AerokosmikAgentliyin Ekologiya İnstitutunun direktoru Bəhram Əliyevdeyib.

O bildirib ki, peyklərdən alınmış məlumatlar əsasında xəritələrtərtib edilib.

“Xəritələrin təhlili göstərir ki, 1989-cu ildə Füzuli rayonuərazisində bitki örtüyünün sahəsi 12454 ha olub, 2021-ci ilədək isəbu rəqəm 8644 ha-ya gədər azalıb. Yəni işğal dövrü ərzində 3800 habitki örtüyü itirilib.

Buna oxşar vəziyyətlə Ağdam rayonu ərazilərinin bitki örtüyününqiymətləndirilməsi zamanı da qarşılaşılıb.

Belə ki, Ağdam rayonu ərazilərində 1989-cu ildə 115 000 ha bitkiörtüyünün sahəsi 2021-ci il üçün 12 110 ha-ya enib. İşğal dövrüərzində 102890 ha azalıb. Bu da onun müxtəlif antropogen, xüsusiləintensiv hərbi əməliyyatların təsiri nəticəsində itirilməsinəsübutdur”, - deyə o qeyd edib.

Chosen
11
2
az.trend.az

3Sources