EN

“Tbilisi Bakı və İrəvan arasındakı sülh danışıqları prosesini alqışlayır” - Kobaxidze

“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O, bildirib ki, Tbilisi Bakı və İrəvana münasibətlərin tənzimlənməsi üçün regional əməkdaşlıq formatını təklif edir. 

“Mübahisələrin keçmişdə qalmasını, regionun resurslarının və üstünlüklərinin dünyaya təklif olunmasını təmin etmək üçün ölkələr arasında əməkdaşlıq və etimadın qurulmasını dəstəkləyəcək regional əməkdaşlıq formatını təmin etmək istəyirik”, - deyə Kobaxidze vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
2
1
missiya.az

10Sources