EN

Şuşada Vüqar Həşimov Memorialı başlayır

Şahmat üzrə Vüqar Həşimov Memorialı bu gün Şuşada start götürəcək.

Apasport.az xəbər verir ki, öncə yarışın açılış mərasimi keçiriləcək.

Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.

Turnirdə ölkəmizi 3 şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.

Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.

Millilərimiz növbəti oyunlarına çıxacaqlar

Qadın millimizdən inamlı qələbə

Karlsen və Polqar tarixin ən yaxşıları seçildi

Beynəlxalq Şahmat Federasiyası azərbaycanlı hakimi mükafatlandırıb

Millilərimiz növbəti görüşə çıxacaqlar

Chosen
13
11
apasport.az

10Sources